Polad Aslanovun işi üzrə məhkəmə prosesi davam etdirilib

Your browser doesn’t support HTML5

Fevralın 17-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Qəniyevin sədrliyi ilə dövlətə xəyanətdə ittiham olunan xeberman.com saytının redaktoru Polad Aslanovun işi üzrə proses davam etdirilib. Növbəti məhkəmə iclası fevralın 20-də olacaq. Polad Aslanov 2019-cu il iyunun 12-də saxlanılıb və Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə həbs edilib. İstintaqı Dövlət Təhlükəsizlik Xidməti aparır. Ötən il dekabrda ona qarşı Cinayət Məcəlləsinin 134-cü maddəsi ilə daha bir ittiham irəli sürülüb. Aslanov özünü təqsirli bilmir və güc qurumlarında korrupsiya haqqında tənqidi nəşrlərinə görə təqib olunduğunu bildirir. Həyat yoldaşının sözlərinə görə, bir sıra media nümayəndələri və fəallar həyat yoldaşına qarşı "yalan ifadələr" veriblər. Yerli və beynəlxalq hüquq müdafiə təşkilatları Aslanovun cinayət təqibinə məruz qoyulmasını pisləyib.