Pola Broadvelin kompyuterində məxfi sənədlər aşkar edilib

ABŞ-ın Mərkəzi Kəşfiyyat Agentliyinin direktoru Deyvid Petreasın əlaqəsinə görə istefasına səbəb olduğu qadının kompyuterində məxfi sənədlər aşkar edilib. Bunu Amerikanın Milli Təhlükəsizlik Xidmətinin rəsmiləri bildirib.

Məlumatların mətni və kəmiyyəti, habelə onların Pola Broadvelin əlinə necə keçdiyi barədə suallar qaldırılıb. Adlarını anonim saxlayan rəsmilər bütün bunların təhqiqat üçün kifayət etdiyini deyib.

Broadvelin əlində olan sənədlər onun təhlükəsizlik statusunun ləğvinə yol açıb. Hazırda ordu və hüquq-mühafizə orqanlarında hadisənin nəticələrinə dair narahatlıqlar mövcuddur.

Nümayəndələr Palatasının Kəşfiyyat Komitəsi Petreası cümə günü ifadə verməyə çağırıb.