Kürd üsyançılar 8 türkü azad edib

Kürd üsyançılar Türkiyə hökuməti ilə sülh əldə edilməsi səyləri çərçivəsində ələ keçirdikləri 8 türkü azad edib.

Kürdüstan Fəhlə Partiyası (PKK) 6 əsgər, 1 polis zabiti və 1 yerli rəsmini İraqın şimal bölgəsində Türkiyənin nümayəndə heyətinə təhvil verib. Həmin insanlar bir ildən artıq idi ki, üsyançıların əlində idi.

Həbsdə olan PKK lideri Abdulla Öcalan onların azad edilməsinə çağırmışdı.

Türkiyə hökuməti ötən ildən bəri kürdlərin muxtariyyət tələbi ilə 28 illik mübarizəsinə son qoymaq üçün müzakirələr aparır.

Türkiyə və ABŞ-da daxil edilməklə, beynəlxalq ictimaiyyətin əksər hissəsi PKK-nı terrorist təşkilat kimi tanıyır.