Türkiyənin mövqeyi onu Qərb müttəfiqlərindən uzaqlaşdıra bilər [Təhlil]

Türkiyənin hərbi qüvvələri iki il əvvəl sülh prosesininin başlanğıcından bəri ilk dəfə olaraq ölkənin cənub-şərq bölgəsində yerləşən kürd millətçi qrupuna qarşı hərbi hava əməliyyatı həyata keçirib.

Hərbi təyyarələr İraqla sərhəd Hakkari vilayətində yerləşən PKK qrupunu hədəf alıb.

Türkiyə ordusunun bəyanatında deyilir ki, hava hücumu Hakkaridə hərbi postda iki nəfərin PKK tərəfindən öldürülməsinə cavab olaraq keçirilib.

İslam Dövləti qrupuna qarşı Türkiyənin bölgədə hərəkətsiz qalması ölkədə gərginliyin artmasına səbəb olub.

Bu, bir növ ötən həftələrin qiyamına cavabdır

Etirazçılar Türkiyə ordusunun Suriya sərhəddini keçərək İŞİD tərəfindən mühasirəyə alınmış Kobani şəhərini müdafiəsini tələb edib.

Beynəlxalq əlaqələr üzrə ekspert Soli Özel hava hücumlarını Ankara ilə kürd hərəkatı arasında hakimiyyət mübarizənin bir hissəsi olduğunu deyir.

"Bu, bir növ ötən həftələrin qiyamına cavabdır. Bu həm də baş nazirin dediyi kimi vandalism, zorakılıqlar və terror əməliyyatlarına cavabdır."

2013-cü ilin mart ayından bəri PKK Türkiyə hökuməti ilə sülh prosesi çərçivəsində atəşkəsə riayət edir. Hadisələr Türkiyə və PKK arasında 30 il davam edən münaqişədən sonra Ankara və kürd liderlərinin başlatdıqları sülh prosesini təhlükə altına alıb.

İki ildir heç bir iş görülmür. Hökumət sülhə doğru heç bir addım atmır

PKK təşkilatı kürdləri silahlanmağa çağıraraq, Kobanini qorumağa səsləyib.

Türkiyənin Milliyet qəzetinin köşə yazarı Kadri Gursel kürdlərin qəzəbinin sülh prosesini dayandırcağına dair xəbərdarlıqla çıxış edir.

"İki ildir heç bir iş görülmür. Hökumət sülhə doğru heç bir addım atmır. İndi isə Kobani ortaya çıxıb. Vəziyyət qəzəbləri artırır."

Kürdləri qəzəbləndirən digər bir faktor Ankaranın ərazilərindən İraq kürdlərinin Kobanidə döyüşən kürdlərin silahla təmin edilməsinə yol verməməsidir. Suriya döyüşçüləri dəfələrlə hərbi təchizata ehtiyacları olduğunu deyib.

Digər tərəfdən beynəlxalq ictimaiyyət Türkiyəni sərhədlərindən Kobaniyə hərbi yardım göstərilməsinə çağırır. Lakin Ankara heç bir çağırışa məhəl qoymadan Suriya kürdlərini PKK ilə əlaqəsi olan terrorçular adlandırır.

Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan İŞİD və Suriya kürdlərinin terrorçu olduğunu deyərək, Kobaninin Türkiyənin marağında olmadığını irəli sürüb.

Siyasi təhlilçilər isə Türkiyənin mövqeyinin onu Qərb müttəfiqləri və böyük kürd azlığından uzaqlaşdıracağını deyir.