Pakistanda Səudiyyə Ərəbistanı konsulluğuna hücum edilib

Pakistanda Səudiyyə Ərəbistanı konsulluğuna hücum edilib

Rəsmilər hücumu əl-Qaidə lideri Üsama bin Ladenin ölümünə cavab kimi qiymətləndirirlər

Rəsmilər Pakistanda hücumçuların cənubi liman şəhəri Karaçidə Səudiyyə Ərəbistanının konsulluq binasına iki qumbara atdıqlarını bildirirlər. Bu gün Pakistanın ən böyük şəhərində baş verən insidentdə xəsarət alan olmayıb. Rəsmilər hücumu ötən həftə ABŞ xüsusi qüvvələrinin Abbottabad şəhərinə reyd zamanı əl-Qaidə lideri Üsama bin Ladenin öldürülməsinə cavab kimi qiymətləndirirlər.