Günün fotoları

Berlin - On minlərlə insan Rusiyanın Ukraynaya hərbi təcavüzünə etiraz olaraq “Müharibəni dayandırın. Sülh və Ukrayna xalqı ilə həmrəylik” şüarı ilə keçirilən müharibə əleyhinə nümayişdə iştirak edir. 

Kyiv - Ukrayna hərbi qüvvələrində ruhani Nikolay Medinski cəbhə xəttinə göndərilməzdən əvvəl ukraynalı əsgərə xeyir-dua verir, 13 mart, 2022-ci il.
 

Berlin - On minlərlə insan Rusiyanın Ukraynaya hərbi təcavüzünə etiraz olaraq “Müharibəni dayandırın. Sülh və Ukrayna xalqı ilə həmrəylik” şüarı ilə keçirilən müharibə əleyhinə nümayişdə iştirak edir, 13 mart, 2022-ci il.
 

İrpin - Kyiv ətrafında İrpində dinc əhalinin Rusiya qüvvələrinin hərbi müdaxiləsi ilə əlaqədar təxliyəsi davam etdiyi vaxt şəhərin boş küçələrində ev heyvanlarını görmək mümkündür, 13 mart, 2022-ci il.
 

Sank Peterburq - Polis prezident Vladimir Putinin Ukraynaya hərbi müdaxiləsinə etiraz olaraq aksiya keçirən etirazçını saxlayır, 13 mart, 2022-ci il.

İrpin - Kyiv şəhərinin ətrafında İrpində iki qadın bomba sığınacağı kimi istifadə edilən zirzəmidə gizlənib, 13 mart, 2022-ci il.

Ukrayna prezident ofisi martın 13-də Ukrayna prezidenti Volodimir Zelenskinin martın 12-də  video müraciəti zamanı çəkilmiş fotosunu açıqlayıb.