Filippin rəsmiləri bildirib ki, ölkənin mərkəzi vilayəti olan Leytedə keçirilən həvəskar boks yarışı zamanı baş vermiş 2 partlayış nəticəsində 32 nəfər yaralanıb.
Hadisənin baş verdiyi ərazi blokadaya alınıb və olay yerində qalıqlara, ayaqqabılar və oturacaqlar parçaları müşahidə edilib.
Vilayət polis rəsmisinin sözlərinə görə, yaralananlardan 16-sı müalicə üçün xəstəxanaya aparılıb. Digər yaralılar isə ilkin yardım göstərildikdən sonra evə buraxılıblar. Hadisə zamanı xəsarət alanlardan ən azı 10-u 7-15 yaşlarında uşaqlardır.
Polis hücumu törədənlərin kimliyini müəyyən etməyə çalışır. Partlayışlara görə məsuliyyəti heç kim öz üzərinə götürməyib.
Kummunist silahlı dəstələr paytaxt Maniladan 610 kilometr cənub-şərqdəki Leyte əyalətində özlərinə sığınacaq tapsa da, onların və ya başqa bir yaraqlı qrupun hadisəni törətdiyinə dair hələlik heç bir işarə yoxdur.