Almaniyanın səhiyyə naziri gələn il üçün peyvənd ehtiyatına ehtiyac olduğunu deyir

Almaniyanın səhiyyə naziri Yens Span cümə axşamı deyib ki, Avropa İttifaqına üzv ölkələri ilə birlikdə və ya təkbaşına etməsindən asılı olmayaraq, gələn il təkrarlanması ehtimalına qarşı COVID-19 peyvəndlərini ehtiyatda saxlamalıdır.

Span bu açıqlamanı COVID-19 peyvənd proqramı və Almaniyanın Marburq şəhərində BioNTech zavodunun açılışı münasibətilə Berlində keçirilən virtual xəbər brifinqində deyib. O, yeni zavodun Almaniyaya əlavə dozada peyvənd ehtiyatını planlaşdırmaq imkanı verdiyini deyib.

Span deyib ki, hazırda peyvəndllər bir neçə aylıq edilib və heç kim bunun nə qədər qoruyacağını bilmir, gələn il üçüncü və dördüncü dozalara ehtiyac ola bilər. O, Avropa İttifqaına üzv ölkələrin təcili addımlar atmadığı təqdirdə Almaniyanın bu peyvənd dozalarını təkbaşına alacağını deyib.

Səhiyyə naziri ölkəyə peyvənd idxalındansa, yerli BioNTech-dən istifadənin daha məntiqli olduğunu deyib.

“AstraZeneca Almaniyaya 2021-ci ilin ikinci rübündə15 milyon dozada peyvənd verməlidir, BioNTech isə 40 milyon dozada tədarük etməyi planlaşdırır. Bu, əsas komponentimizin həqiqətən BioNTech olduğunu göstərir. Beləliklə, Marburqdakı zavod BioNTech istehsalı olaraq peyvənd kampaniyasında bizim üçün çox vacibdir" - deyə, o bildirib.

Span peyvəndləri həkim ofisləri vasitəsi ilə tətbiq edərək, peyvənd proqramını sürətləndirdiyini deyib. Onun sözlərinə görə, gələn həftə ölkədə fəaliyyət göstərən 35000 həkimə 940000 dozada peyvənd çatdırılacaq. Onun fikrincə, aprel ayının sonuna qədər həkimlər üç milyondan çox dozada peyvənd tətbiq edəcək.