İraq müharibəsində böyük xidmətləri olan general Deyvid Petreas Mərkəzi Kəşfiyyat Agetliyinin direktoru vəzifəsindən istefa verib.
İşçilərinə yazdığı məktubda Petreas prezident Obamaya istefası barədə ərizəsini cümə axşamı günü şəxsən təqdim etdiyini deyib. General CİA-də xidmət göstərməsinin onun üçün böyük şərəf olduğunu və həmkarlarına misilsiz xidmətlərinə görə təşəkkürünü bildirib.
Barak Obma dünən açıqladığı bəyanatında Petreasın xidmətini yüksək qiymətləndirərək, onun Amerikanı daha təhlükəsiz, daha güclü bir dövlət edilməsində əvəzsiz rol oynadığını deyib.
ABŞ mətbuatı generalın gizli əlaqəyə malik olduğunu yazır. Adının açıqlanmasını istəməyən rəsmilərdən biri Petreasın tərcümüyi-halını yazan jurnalist Pola Broadvellə əlaqəsi olduğunu deyib.
Son zamanlar onun Liviyada ABŞ səfirinin öldürülməsi ilə bağlı qalmaqalda da adı hallanır.
Gələn həftə Petreas qanunvericilər qarşısında ifadə verməlidir.
Həyatının 37 ilini orduda xidmətə həsr edən Deyvid Petreas ailəlidir, iki uşaq atasıdır.