Şahidlərin ifadələri ziddiyyətli olub
Bakı Ağır Cinayətlər Məhkəməsində hüquq müdafiəçisi, “Bizim yol” qəzetinin həbsdə olan əməkdaşı Pərviz Həşimlinin və Təvəkkül Qurbanovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Həşimlinin həyat yoldaşı İlahə Həşimli Turan agentliyinə bildirib ki, bu günkü prosesdə 3 şahid dindirilib. Hər üç şahid Təvəkkül Qurbanovla bağlı ifadə verib. Şahidlərin ibtidai istintaqa verdikləri ifadələrlə məhkəməyə verdikləri ifadələr arasında ziddiyyətlər ortaya çıxıb.
“Biləsuvar rayonundan olan şahid dedi ki, onu məhkəməyə ifadə vermək üçün yerli icra nümayəndəsi göndərib və 40 manat pul verib”, İlahə Həşimli deyib.
Məhkəmə proses aprelin 14-də saat 10.30-da davam etdiriləcək.
P.Həşimli 2013-cü il sentyabrın 17-də Milli Təhlükəsizlik Nazirliyi tərəfindən saxlanıb və barəsində həbs qətimkan tədbiri seçilib. Mart ayında həbs müddəti daha 3 ay uzadılıb. O, Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq) və 228.2.1-ci (qanunsuz olaraq odlu silah əldə etmə, saxlama) maddələri ilə ittiham olunur.
Həşimli ittihamı sifariş kimi qiymətləndirir və özünü günahkar bilmir. Jurnalist istintaq zamanı ondan işgəncə yolu ilə bir sıra vəzifəli şəxslərin müxalifəti maliyyələşdirilməsi ilə bağlı ifadə almağa çalışıldığını bildirib. Milli Təhlükəsizlik Nazirliyinin İctimai Əlaqələr Mərkəzi Həşimlinin dediklərini təkzib edib.