Pərviz Müşərrəf bəraət aldı

Pakistan məhkəməsi keçmiş prezident Pərviz Müşərrəfə bəraət verib.

O, 2006-cı ildə Bəlucistan millətçilərinin lideri Əkbər Bugtinin qətlində ittiham olunurdu.

Məhkəmə Pərviz Müşərrəf və bu qətldə adları hallanan bütün şəxslərə bəraət qazandırıb.

Bu Müşərrəfin üzləşdiyi 3 məhkəmə işindən biridir.

Bəlucistan əyalətinin müstəqilliyi uğrunda mübarizə aparan Akbar Bugti 2006-cı ilin avqustunda keçirilən əməliyyat zamanı öldürülüb.

Müşərrəf həmin vaxt hakimiyyətdə idi.

Keçmiş prezident bundan başqa 2007-ci ildə keçmiş baş nazir Benazir Bhuttonun qətlində və həmin il Konstitusiyanın fəaliyyətini dayandıraraq ölkədə fövqəladə vəziyyət rejimi elan etməkdə ittiham olunur.

O, 2001-2008-ci illərdə Pakistan prezidenti olub.