Bazar günü Peruda turist avtobusunun çevrilərək qayadan düşməsi nəticəsində 30-dan çox insan ölüb.
Perunun Səhiyyə Nazirliyinin veb saytında yerləşdirdiyi məlumatda qəzanın Limada yerləşən prezident sarayından iki kilometr uzaqlıqda baş verdiyi bildirilir. Nazirlik avotobusun yüksək sürətlə hərəkət etdiyini bildirib.
Uşaqlar da daxil olmaqla, 50 sərnişi daşıyan ikimərtəbəli avtobus San Kristobal təpəsində turistləri gəzdirirmiş.
Rəsmilər qurbanların şəxsiyyətlərini təsdiq etməyə çalışır.
Xəsarət alanlar arasında iki xarici vətəndaşın olduğu bildirilir. Onların biri kanadalı, digəri isə çililidir.