Sabiq Peru prezidenti digər bir cinayət işi üzrə məhkəmə qarşısına çıxarılıb

25 illik həbsə məhkum edildikdən sonra əfv edilən sabiq Peru prezidenti Alberto Fujimori insan haqları pozuntuları ilə əlaqədar digər bir cinayət işi üzrə məhkəmə qarşısına çıxarılıb.

Dövlət Cinayət Məhkəməsi bazar ertəsi 79 yaşlı Fujimorini 1992-ci ildə altı kəndli fermerin yarı-hərbi qrup tərəfindən öldürülməsində təqsirləndirə bilər.

1990-cı ildən 2000-ci ilə dək hakimiyyətdə olan sabiq prezident dekabrda prezident Pedro Pablo Kuçzinski tərəfindən səhəti ilə əlaqədar əhv edilib.

Lakin məhkəmə əhvin Fujimorini bu cinayətlərlə bağlı məhkəmə edilməkdən qorumur.

Fujimorinin qızı, prezidentliyə sabiq namizəd Keiko Fujimori bazar ertəsi tviterdə məhkəmənin qərarını tənqid edib.

2009-cu ildə Alberto Fujimori prezidentliyi dövründə insan haqları pozuntusu ilə əlaqədar məhkum edilmişdir.

Prezident Kuçzinskinin Fujimorini əhv etməsi Peruda etiraz aksiyalarına səbəb olub və dünya boyu insan haqları fəalları tərəfindən kəskin şəkildə tənqid edilib.

Bəzi perulular onun əhv edilməsi qərarının Kuçzinskini karrupsiya ittihamlarına görə impiçmentdən müdafiə etmək qarşılığında gizli danışıqlar nəticəsində əldə edildiyinə inanır.