Pentaqon rəsmisi Bakıya gəlir

pentagon

Pentaqonun Təhlükələrin Azaldılması Agentliyinin direktoru Kennet Mayers rəsmi şəxslərlə danışıqlar aparacaq

Pentaqonun Təhlükələrin Azaldılması Agentliyinin direktoru Kennet Mayers Bakıya birgünlük səfərə gələcək.
Amerikanın Azərbaycandakı səfirliyindən Turan-a verilən məlumata görə, səfər aprelin 12-də başlayacaq. Cənab Mayers səfər çərçivəsində ölkənin rəsmi şəxsləri ilə danışıqlar aparacaq. Danışıqların mövzusu açıqlanmır.