ABŞ Müdafiə naziriyinin sözçüsü Corc Littl cümə günü mətbuat konfransında vəzifəsindən gedəcəyini elan edib. Pentaqonun sözçüsü vəzifəsində iki il işləyən Corc Little noyabrın 15-i getməyi planlaşdırdığını bildirib. O, Pentaqondan öncə ABŞ-ın Mərkəzi Kəşfiyyat Agentlyində müxtəlif vəzifələrdə çalışıb.
Corc Littl vəzifəsindən getməyinin əsas səbəbi kimi ailəsi ilə daha çox vaxt keçirmək istədiyini göstərib. ABŞ Müdafiə naziri Çak Heygel onun qərarı ilə razı olub və Pentaqonun sözçüsü vəzifəsinə namizədin seçiminə başlayıb.
Corc Littl Mərkəzi Kəşfiyyat Agentlyində Maykl Hayden və Leon Panettanın rəhbərlik etdiyi illərdə çalışıb. O, Pentaqonun sözçüsü vəzifəsini Leon Panettanın Müdafiə nazirliyinin rəhbəri təyin edildiyi zaman tutmuşdu. Bu ilin əvvəli isə Nebraska ştatından keçmiş senator Çak Heygel ABŞ Müdafiə naziri vəzifəsinə nominasiya edilmişdir.