Amerika 11 sentyabr terror hücumlarının 18-ci ildönümünü qeyd edir

Çərşənbə günü amerikalılar 2001-ci il sentyabrın 11-i Nyu York, Virciniya və Pensilvaniya ştatlarında təxminən 3000 insanın ölümünə səbəb olan terror hücumlarının 18-ci ildönümünü qeyd edir.

Prezident Donald Tramp Ağ Evdə Nyu-Yorkdakı Dünya Ticarət Mərkəzinn cənub qülləsinə edilən ilk hücumda ölənlərin xatirəsini bir dəqiqəlik sükutla anacaq. Daha sonra prezident Əl-Qaidə terrorçularının qaçırdıqları təyyarəni binaya çırpan zaman həlak olanların xatirəsini Pentaqonda təşkil edilən anım mərasimində iştirak edəcək.

Nyu-York şəhərində hadisə zamanı sağ qalanlar və hadisə qurbanlarının ailə üzvləri Əl-Qaidə üzvlərinin iki təyyarə ilə vurduqları Dünya Ticarət Mərkəzinin olduğu yerdə ucaldılmış “Sıfır Nöqtəsi” xatirə memorialına toplaşacaq.

Birləşmiş Ştatların vitse-prezidenti Mayk Pens terrorçular tərəfindən ələ keçirilən United Airlines 93 təyyarəsinin sərnişinlərinin onu öz nəzarəti altına almasından sonra qəzaya uğradığı yerin yaxınlığında, Pensilvaniya ştatının Şanksvill şəhərində keçirilən mərasimdə iştirak etməyi planlaşdırır.

O zaman 4 təyyarə Əl-Qaidə terror təşkilatı ilə əlaqəsi olan 19 nəfər tərəfindən ələ keçirilmişdi.

2001-ci il 11 sentyabr hücumları 1941-ci ildə Pearl Harbor hücümündan bəri Amerika torpağına edilən ən ölümcül hücum oldu ki, bu da Amerikanın təhlükəsizlik anlayışını tam dəyişdi və o zamankı prezident Corc W. Buşun terrorizmə qarşı müharibə elan etməsinə, eləcə də Əfqanıstana qoşun göndərməsinə səbəb oldu.