Mayk Pens İordaniya kralı ilə görüşüb

İordaniya kralı Abdulla və onun xanımı kraliça Raniya Əmmanda ABŞ-ın vitse-prezidenti Mayk Pens və onun xanımı Karen Penslə görüş zamanı

İordaniya kralı Abdulla ABŞ-ın vitse-prezidenti Mayk Pensə Vaşinqtonun Qüdsü İsrailin paytaxtı kimi tanıması qərarı ilə bağlı narahatlığını ifadə edib.

O, vitse-prezidentə deyib ki, İsrail-Fələstin münaqişəsinin yeganə həlli yolu iki dövlət prinsipindən ibarətdir və Qüds gələcək Fələstin dövlətinin paytaxtı olmalıdır.

İordaniya ABŞ-ın vitse-prezidentinin Yaxın Şərqə dörd günlük səfərinin ilk dayanacığıdır.

ABŞ prezidenti vitse-prezidenti Mayk Pens və Misir prezidenti Əbdül Fəttah Əl-Sisi Qahirədə görüş zamanı, 20 yanvar, 2018.

Səfərinin ilk dayanacağı olan Qahirədə Pens Misir prezidenti Əbdül Fəttah Əl-Sisi və digər rəsmilərlə görüşüb. O, danışıqlarda ABŞ-ın Misirə terrorizmə qarşı mübarizədə dəstəyini davam etdirəcəyi vədini verib.

İsrailə səfər etməzdən əvvəl Pens regiondakı ABŞ hərbi qüvvələrinin üzvləri ilə görüşəcək.

İsraildə ABŞ-ın vitse-prezidenti Knesset qarşısında çıxış edəcək və İsrailin baş naziri Benyamin Netanyahu ilə görüşəcək. Bazar günü kabinetinin iclasında danışan Netanyahu Mayk Pensi “İsrailin böyük və həqiqi dostu” adlandırıb.