Mayk Pens: Rusiya təcavüzü Baltikyanı ölkələr üçün ən böyük təhlükədir

ABŞ-ın vitse prezidenti Mayk Pens Estoniya prezidenti Kersti Kalyulayd, Latviya prezidenti Raymonds Veyonis və Litva prezidenti Daliya Qrabauskayte ilə danışıqlardan sonra açıqlama verən zaman

ABŞ-ın vitse prezidenti Mayk Pens bildirib ki, Baltikyanı ölkələr üçün Rusiya təcavüzündən böyük təhlükə ola bilməz. Pens bunu bəyan edərək, NATO üzrə müttəfiqlər olan Estoniya, Latviya və Litvaya dəstək bildirib.

“Rusiya bu məqamda beynəlxalq sərhədləri zor gücünə yenidən çəkməyə, suveren ölkələrdə demokratiyanı pozmağa və Avropanın üç ölkəsini bir-birinə qarşı çevirməyə cəhd göstərməyə davam edir. Prezident Donald Trampın hakimiyyəti altında Amerika Birləşmiş Ştatları Baltikyanı ölkələr və müttəfiqlərdən hər hansı birinə qarşı zor tətbiq etmək, təhdid etmək, qorxutmaq və zərərli təsir göstərilməsi cəhdlərini rədd edir”, deyə Pens bildirib.

ABŞ-ın vitse prezidenti Mayk Pens və Estoniya prezidenti Kersti Kalyulayd

ABŞ-ın vitse prezidenti bu açıqlamaları Estoniya paytaxtı Tallində prezident Kersti Kalyulayd, Latviya prezidenti Raymonds Veyonis və Litva prezidenti Daliya Qrabauskayte ilə danışıqlardan sonra verib.

Pens Rusiya ilə münasibətlərin yaxşılaşacağına emid etdiyini deyib. Lakin o bildirib ki, Moskva hökumətinin son diplomatik addımları ABŞ-ın öz təhlükəsizliyinə və müttəfiqlərinə sadiqliyinə təsir göstərməyəcək.

Rusiya bu məqamda beynəlxalq sərhədləri zor gücünə yenidən çəkməyə, suveren ölkələrdə demokratiyanı pozmağa və Avropanın üç ölkəsini bir-birinə qarşı çevirməyə cəhd göstərməyə davam edir.
Mayk Pens

Vite-prezident Pens eyni zamanda, Estoniyanın NATO alyansının ÜDM-nin (ümumi daxili məhsul) azı 2 faizinin müdafiə xəclərinə sərf olunması kimi məqsədinə nail olmasını razılıq hissi ilə qarşılayıb. O bildirib ki, Latviya və Litvanın da bu ilin sonuna qədər bu hədəfə nail olacağı gözlənilir.

ABŞ prezidenti Donald Tramp NATO-ya üzv ölkələri dəfələrlə müdafiə sahəsində xərcləri artırmağa çağırıb.

Estoniya, Latviya və Litva ABŞ-ın hərbi dəstəyini nümayiş etdirməsini istəyib. Baltikyanı ölkələr Rusiyanın 2014-cü ildə Krımı işğal etməsi və Ukraynanın şərqində hərbi əməliyyatlarından sonra Moskvanın Baltika regionunda ekspansionizminin artması ilə bağlı narahatlıqlarını bildirir.

ABŞ-ın vitse-prezidenti Mayk Pens Estoniyadan sonra iyulun 31-i Gürcüstana səfər edib.