Layihə 2011-2012-ci illərdə Almaniya Xarici İşlər Nazirliyinin maliyyə dəstəyi ilə keçirilib
“Həbsxanalar bizim gözlərimizlə: Azərbaycan həbsxanalarında monitorinqin nəticələri” adlı konfransda ölkədə cəzaçəkmə müəssisələrində və istintaq təcridxanalarında vəziyyət müzakirə olunub.
Tədbir “Azərbaycan həbsxanalarının monitorinqi” layihəsi çərçivəsində “İnsan haqları naminə” QHT tərəfindən təşkil olunub. Layihə 2011-2012-ci illərdə Almaniya Xarici İşlər Nazirliyinin maliyyə dəstəyi ilə keçirilib.
“Məhbuslar da cəmiyyətin üzvləridir və əgər onlar pis şəraitdə saxlanırsa, bu vəziyyəti düzəltmək lazımdır”, - Almaniyanın Bakıdakı səfirliyinin birinci katibi və siyasi müşaviri Frederik Hanke bildirib.
“İnsan haqları naminə” QHT-nin rəhbəri Eynulla Fətullayev bildirib ki, monitorinq ölkənin bütün penitensiar müəssisələrini əhatə edib.
Onun sözlərinə görə, penitensiar sistemdə dəyişiklik 7-10 il əvvəl başlayıb. Lakin son aylar son dərəcə ciddi dəyişiklik müşahidə olunur.
O, müsbət məqamlar sırasında bütün koloniyalarda karserlərin təmir olunduğunu bildirib.
“Əvvəllər karserlər beton torbaları xatırladırdı və orada bir neçə sutka qalmaq ciddi xəstəliyə səbəb olurdu. Hazırda bütün karserlərə taxta döşəmə vurulub”, - o qeyd edib.
Digər müsbət nəticə kimi praktik olaraq narkoticarətin aradan qaldırıldığını göstərib. O həmçinin Şəkidə Avropa penitensiar qaydalarına uyğun yeni türmə kompleksinin tikildiyini bildirib. Kompleksdə 4 yerlik kamera, camaşırxana, sanitar qovşağı, mətbəx, qadınların, həddi-buluğa çatmayan uşaqların saxlanması üçün yerlər var.
Bundan əvvəl analoji kompleks Naxçıvanda, həmçinin 1 saylı Bakı təcridxanasında tikilib. 11, 3, 9 və 4 saylı koloniyalarda Avropa standartlarına uyğun şərait yaradılıb.
Lakin əksər koloniyaların infrastrukturu sovet dövründən qalıb və onların yerində yeniləri inşa olunmalıdır.
Keçmiş siyasi məhbus Pənah Hüseynin sözlərinə görə, cəzaçəkmə müəssisələrində şərait ağır olaraq qalır. Belə ki, 14 saylı koloniyada su təchizatı ilə bağlı problem var, qışda qardan istifadə olunur. O həmçinin keyfiyyətli tibbi yardımın olmaması səbəbindən dustaqlar arasında ölüm hallarının olduğunu, ölümcül xəstələrin son günlərini doğmaları ilə keçirməsinə icazə verilmədiyini vurğulayıb.
Böyük Quruluş Partiyasının rəhbəri, parlamentin deputatı Fazil Qəzənfər hesab edir ki, məhbusların problemlərinin çoxu ədalətsiz məhkəmələrdən başlayır və ilk növbədə ədalət mühakiməsi sistemində islahatlar aparmaq lazımdır.
Vəkil Aslan İsmayılov bildirib ki, əgər məhbuslar üçün “Hilton” otelində yaşayış şəraiti yaradılsa da onlarla indiki davranış praktikasında bu mənasını itirəcək. O xatırladıb ki, müdafiə etdiyi şəxs kəskin şəkərli diabet olmasına baxmayaraq Bakı təcridxanasında tibb məntəqəsinə götürməyiblər, rüşvət istəyiblər.
Vəkil Anar Qasımov vəkillərin koloniyalara müdafiə etdikləri şəxslərin yanına buraxılmadığını qeyd edib. Belə ki, orderlə yanaşı administrasiya Penitensiar Xidmət, Ədliyyə Nazirliyi rəhbərliyindən hansısa icazə istəyir. A.Qasımovun özünü İslam Partiyasının lideri Mövsüm Səmədovun yanına buraxmırlar və əldə olan qeyri-rəsmi məlumata görə, onun qapalı həbsxanaya köçürmək istəyirlər.
İşgəncələr Əleyhinə Komitənin rəhbəri Elçin Behbudov koloniyalarda işgəncələrlə bağlı şikayətlərin olduğunu qeyd edib.
Keçmiş siyasi məhbus, Ümid Partiyasının lideri, deputat İqbal Ağazadə qeyd edib ki, ayrı-ayrı nümunəsi karserlərin, kameraların, müəssisələrin yaradılması ümumi vəziyyətin göstəricisi deyil.
Onun sözlərinə görə, “nümunəvi obyekt” yaradılması Azərbaycan üçün xarakterikdir və vəziyyətin yaxşı olması ilə bağlı yanlış təsəvvürün formalaşmasına yönəlib.
O, digər problem kimi vaxtından əvvəl şərti azadlığa buraxılmalardan əsassız olaraq imtina edilməsini göstərib.
Penitensiar Xidmətn ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Mehman Sadıqov qeyd edib ki, müəyyən problemlərin qalmasına baxmayaraq, həbs olunanların və mühakimə edilənlərin vəziyyəti get-gedə yaxşılaşır.
O, qanunverici bazanın təkmilləşdirildiyini vurğulayıb. Belə ki, bu yaxınlarda qəbul olunmuş qanuna görə, karserə yerləşdirilmə ilə bağlı məhkəməyə şikayət edə bilərsən və bu cür müraciətlərin müsbət həllinə dair nümunələr var. Doğmalarla görüşlərin, telefon danışıqlarının sayı artıb, kameralara televizorlar qoyulub.
Umbakı qəsəbəsində ömürlük həbsdə olanlar üçün yeni türmə tikilir. Lənkəran, Kürdəmir və Gəncədə qarışıq penitensiar müəssisələr tikilib.
Bundan əlavə, İctimai Komitənin hüquq müdafiəçiləri cəzaçəkmə müəssisələrinə maneəsiz gedə bilər.