Filippin məhkəməsi ABŞ dəniz donanmasının əsgərini ötən il Manila şəhərində transseksual qadını mehmanxanada qətlə yetirməkdə ittiham edib.
Məhkəmə kiçik kapral Cozef Skott Pembertonu 26 yaşlı Filippin vətəndaşı Cennifer Laudeni boğaraq qətlə yetirməkdə təqsirli bilərək, onu 12 il azadlıqdan məhum edib.
Dinləmədən sonra müxbirlər qarşısında çıxış edən mərhumun vəkili Harri Roque hökmün tam qələbə olmadığını deyib.
Pemberton daha qətlə görə daha ciddi ittihamlarla məhkum olsa idi, 40 il müddətinə azadlıqdan məhrum edilə bilərdi.
Reuters xəbər agentliyi məlumat verir ki, Filippin və ABŞ hökumətləri arasında Pembertonun cəzasını harada çəkəcəyi barədə razılıq əldə edilənə qədər o, paytaxtdan cənubda Muntinlupa şəhərində həbsxanada saxlanılacaq.
Olonqapo şəhərində qətl hadisəsi amerikalılar əleyhinə nümayişlərə səbəb olub. Solçular və millətçi qrupları Filippinin ABŞ-la hərbi razılığa son qoymasına çağırıb.
Bu qruplar cinayətlə üzləşən ABŞ vətəndaşlarının məhkəmə prosesi müddətində ABŞ həbsxanasında saxlanılmasına dair ötən il tərəflərin əldə etdiyi razılığa qarşı çıxış edir.