Pekində yaxınlaşan fırtına yüzlərlə uçuşun təxirə salınmasına səbəb olub

Pekində şənbə günü baş verən fırtınalar dünyanın ən nəhəng hava limanında yüzlərlə uçuşun təxirə salınmasına səbəb olub. Rəsmilər xəbərdarlıq ediblər ki, bir həftə öncə yeddi ballıq zəlzələnin olduğu ərazidə baş verəcək kəskin yağış və külək torpaq sürüşməsi ilə nəticələnə bilər.

Şəhərin rəsmiləri şənbə səhəri sakinlərə xəbərdarlıq göndərərək, kəskin hava şəraitinin yaxınlaşdığını və dağlıq ərazilərində daşqınların baş verə biləcəyini bildiriblər.

Pekin Paytaxt Beynəlxalq Hava Limanı vebsəhifəsində yerləşdirdiyi elanda səyahətçilərə ölkəyə gələn və çıxan uçuşlar haqqında məlumatların mütamadi olaraq yoxlamağı tövsiyə ediblər.

Çinin ən böyük hava limanında səhər saat 9-dan etibarən 500-ə qədər uçuş təxirə salınmış, 182 uçuş isə gecikmişdi.

Air China hava yolları şirkətindən saat 11-ə verilən məlumata görə, şirkətin 137 reysi təxirə salınıb.

Pekində leysan yağışları yay ayları üçün adi haldır və hər dəfə hava limanında çoxsaylı gecikmələrə səbəb olur.