Əhvalınızı rəngarəng pəhrizlə yüksəldin!

Şokolad əhval-ruhiyyəyə müsbət təsir göstərir. Lakin bir fincan qatıq və ya bir ovuc qoz daha yaxşı seçim ola bilər.

Terapevt Lesli Kornun dediyinə görə, insan orqanizmi bir növ maşın kimidir, ona yaxşı yanacaq lazımdır. O, hər bir insanın yağ, karbohidrat və zülal kombinasiyasına ehtiyacı olduğunu bildirir.

İnsan orqanizmi bir növ maşın kimidir, ona yaxşı yanacaq lazımdır

Korn artıq 40 ildən artıqdır depressiya və travma yaşayan xəstələrlə çalışır. Doktorun dediyinə görə, insanlar pəhrizlərini dəyişdikdə, daha çox şokolad, yumurta, şirin katof və ya gilas kimi məhsullardan istifadə etdikdə özlərini mənəvi baxımdan daha yaxşı hiss edir. Bu, depressiya və ağrıların öhdəsindən daha rahat gəlinməsini təmin edir.

Müşahidələrini “Yaxşı əhval-ruhiyyə mətbəxi” adlı kitabına köçürən doktor pəhrizlərdən kənarlaşdırılan yağlara beynin piydən əmələ gəldiyinə görə böyük ehtiyac duyulduğunu deyir.

​Onun dediyinə görə, Omeqa-3-ün rolu olduqca ciddi şəkildə araşdırılır. Bu piy turşusu depressiya və narahatlığa yardım etməklə yanaşı, intihar hallarının da qarşısını alır. O, yağların diqqəti cəmləşdirməyə yardım etdiyi kimi əhval-ruhiyyəni də artırdığını deyir.

Doktor Korn beynin bilavasitə ehtiyacı olduğu yağları parçalayan həzm sisteminin qayğısına qalınmasını da vacib sayır.

"Əgər ciyər və ya öd kisəsi işləmirsə, yağlar parçalanıb qanla beynin finksiyasını təmin edə bilməyəcək. Yaşıl bitkilər, xüsusilə də açı bitkilər yağların parçalanması və beynə çatdırılmasına yardım edir”, doktor bildirib.

Lesli Korn

Kornun dediyinə görə, ərzaq məhsullarının rəngi də sağlamlığa müsbət təsir göstərir. Narıncı və sarı rənglər vücudu A vitamini ilə təmin edir. Yaşıl bitkilər həzm sistemini yaxşılaşdırır, qırmızı və bənövşəyi rənglər isə iltihabın aradan qaldırılmasına yardım edir.

Qırmızı: qırmızı kələm, turp, qarpız
Narıncı: kök, şirin kartof, portağal, balqabaq
Sarı: lemon, Banan
Yaşıl: yaşıl kələm
Ağ: sarımsaq, soğan, qozlar.

Doktor Korn probiotikləri də depressiya və pis-əhval ruhiyyə ilə mübarizədə mühüm element hesab edir.