P.Aqramuntla C.Qreşin hazırladığı hesabatın AŞPA-nın yanvar sessiyasında müzakirəsi gözlənilir
AŞPA-nın Azərbaycan üzrə Monitorinq Komitəsinin həmməruzəçisi, ispanyalı deputat Pedro Aqramunt Bakıda rəsmi səfərdədir. Səfərdə məqsəd ölkənin Avropa Şurası qarşısındakı öhdəliklərinin yerinə yetirilməsinə dair hesabatın hazırlanmasıdır.
Noyabrın 26-da P.Aqramunt Milli Məclisin spikeri Oqtay Əsədov, AŞPA-da Azərbaycan nümayəndə heyəti və parlamentdə təmsil olunan partiyaların nümayəndələri ilə görüşəcək.
Noyabrın 27-də o, Ali Məhkəmənin sədri, baş prokuror, xarici işlər və daxili işlər nazirləri ilə görüşəcək.
Səfərin sonuncu günündə, noyabrın 28-də P.Aqramuntun prezident İlham Əliyevlə görüşü nəzərdə tutulur. O həmçinin ədliyyə naziri ilə görüşəcək. Həmin gün axşam mətbuat konfransı keçirəcək.
Proqram layihəsində QHT və parlamentdə təmsil olunmayan müxalifət partiyalarının nümayəndələri ilə görüşlər barədə bənd yoxdur. Bundan əvvəl müxalifət partiyalarının nümayəndələri və bir sıra hüquq-müdafiə təşkilatlarının rəhbərləri P.Aqramuntu və ikinci həmməruzəçi Cozef Qreşi qeyri-obyektivlikdə və Azərbaycan hakimiyyəti ilə əməkdaşlıqda ittiham ediblər.
P.Aqramuntla C.Qreşin hazırladığı hesabatın AŞPA-nın yanvar sessiyasında müzakirəsi gözlənilir.