Elə günlər var ki, Amerika tarixinin səhifələrinə həmişəlik həkk olunub: 1776-cı il, 4 iyul - İstiqlal Bəyənnaməsinin imzalandığı gün ən erkən tarixlərdəndir. Yaxın keçmişin başqa tarixi 2001-ci il, 11 sentyabr sayıla bilər.
1941-ci il, dekabrın 7-sini prezident Franklin Ruzvelt ABŞ konqresi qarşısında “tarixə bədnam düşəcək gün” adlandırmışdı.
Pearl Harbor faciəsi – Tarixin Qara Səhifələrində.
Bazar günü səhər Yaponiya İmperiyasının hərbi donanması ABŞ-ın Havayda yerləşən Pearl Harbor hərbi dəniz bazasına xəlvət hücum edir. Yaponların möhtəşəm uğuru ilə nəticələnən bu hücum Amerika Birləşmiş Ştatlarının II-ci Dünya Müharibəsinə qoşulmasına yol açır – Avropada müharibə başlayandan iki il sonra.
Qəfil hücum amerikalıların ağır itkilər verməsi ilə nəticələnir. 2403 nəfər həyatını itirir, 1178 nəfər yaralanır. Bombardman zamanı 188 təyyarə, beş döyüş gəmisi, bir minadan müdafiə və üç məhvetmə sistemi ya batırılır ya da sıradan çıxarılır. Yaponiya tərəfdən isə cəmi 64 nəfər həlak olur, bir nəfər əsir düşür, 29 təyyarə və beş mini-sualtı qayıq məhv olur.
Yaponların Amerikaya qarşı ədavətinin əsasında neft dayanırdı. Yaponya Sinqapur və indi İndoneziya hesab edilən əraziyə nəzarəti saxlamaqda qətiyyətli idi və məqsəd burada qara qızıl kimi təbii ehtiyatlara çıxışı əldə etmək idi.
Hücum həm də iki ölkə arasında embarqo və sanksiyaların zamanının uzanmasının az qala labüd səbəbi idi. Millətlər Liqasının dəstəyi ilə Birləşmiş Ştatların Yaponiyanın Asiyada işğalçı siyasətinə, əsasən də 1939-ci ildə başlamış Yapon-Çin münaqişəsinə reaksiyası da hücuma başqa bir səbəb idi.
Pearl Harbora hava reydi səhər saat 7:48-də başlayır və cəmi 90 dəqiqə davam etdi. Amerikalılar üçün hücum tamamilə gözlənilməz idi. Yaponlar tərəfdən xəbərdarlıqların artması barədə arasıra kəşfiyyat xəbərlərindən başqa, ələlxüsus Pearl Harbora hücum barədə konkret məlumat yox idi.
Bu gün artıq dillər əzbərinə çevrilmiş “Hava hücumu...Pearl Harbor... Bu təlim deyil...” sözləri yazılmış teleqramı göndərən komandir Loqan Ramsey olur. Bombardmanın bir anda başlamasına baxmayaraq bir çox amerikalı müharibə çağrışına cəld və cəsarətlə cavab verməyə macal tapır.
Ətraflı sənədləşdirilmiş tənha mübarizə aparanlardan biri Doris ləqəbli gəmi aşpazı Dori Miller idi. Silahla rəftar etməkdə təlim keçməyən Doris, gəminin bombardman edilməsinə baxmayaraq gəminin göyərtəsindəki qurğudan istifadə edərək yapon təyyarələrinə atəş açır.
O, Donanma Xaçı mükafatı ilə təltif olunur. Onunla bərabər vuruşan 14 dənizçi və zabit şərəf medalı alır.
Amerika tərəfin ağır itkilərinə baxmayaraq əsas infrastruktur; - sualtı qayıq bazası, elektrik stansiyası və kriptoanalız birliyi toxunulmaz qalır.
Bir də yaponların əsas məqsədi – Sakit okeanda üç Amerika aviasiyadaşıyanı məhv etmə planı, gəmilərin həmin an orada olmadıqlarından baş tutmur.
Amerika gözlənildiyindən daha cəld qüvvə toplamağa macal tapır və cəmi bir neçə ay sonra Sakit Okeanda nəhəng qüvvə ilə əməliyyatlara başlayır. Pearl Harborda qəti qələbə çalmasına baxmayaraq Yaponiyanın strategiyası az sonra fəlakətlə nəticələnir.
Prezident Ruzveltin hücumdan bir gün sonra müharibə elan etməsi ilə Yaponiya, Almaniya və İtaliyaya qarşı döyüşən müttəfiqlərinə ABŞ-ın kütləvi yardımı üçün zəmin yaranır. Birləşmiş hərbi və iqtisadi resursların sayəsində 1945-ci ildə məhvər qüvvələri darmadağın edilir.
Pearl Harbor hücumunun Amerikanı müharibəyə cəlb etdiyini eşitdikdə Britaniyanın baş naziri cənab Vinston Çörçil belə yazmışdı - “Emosiya və hissiyatlara bürünmüş halda yatağıma girdim və bir xilas və şükranlıq yuxusu yatdım.”