11 müsəlman ölkəsində İŞİD-ə münasibət mənfidir

Pew Araşdırma Mərkəzinin bu yaxınlarda keçirdiyi rəy sorğularından məlum olub ki, 11 müsəlman ölkəsində İŞİD-ə münasibət mənfidir. Bu ölkələr arasında Pakistan istisna təşkil edir. Bu ölkədə respondentlərin əksəriyyəti İslam Dövləti ilə bağlı qəti rəy bildirməyib.

Bu ilin may və iyun aylarında keçirilən sorğular 11 ölkə əhalisinin yalnız 15 faizinin İŞİD-i dəstəklədiyini göstərib.

Son zamanlar hücumlara səhnə olan Livanda rəyi soruşulanların demək olar ki, 99 faizi İŞİD əleyhinə olub. Bu ölkədə sünni müsəlmanların 98, şiə və xristianların isə 100 faizi İslam Dövlətinə mənfi münasibət bildirib.

İsraildə respondentlərin 97, İordaniyada 94 faizi İŞİD-i dəstəkləmədiklərini deyib. İsrail ərəblərinin 91, Fəslətinli ərəblərin 84 faizi İslam Dövlətinin əleyhinə olduğunu bildirib.

Türkiyə, Nigeriya, Burkina Faso, Malayziya və Seneqalda hər on nəfərdən altısı qrupa qarşı olduqlarını ifadə edib.