Xilasedicilər dağıntılar altından 3 meyit çıxarıb
Xırdalan şəhərində tikintisi başa çatmamış beşmərtəbəli yaşayış binasında partlayış hadisəsi ilə əlaqədar axtarış-xilasetmə işləri başa çatıb.
Fövqəladə Hallar Nazirliyinin (FHN) məlumatına görə xilasedicilər tərəfindən dağıntılar altından 1 uşaq meyiti çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Bununla da, hazırkı vaxta qədər xəsarət alan 9 nəfər və vəfat etmiş 3 nəfər xilasedicilər tərəfindən dağıntılar altından çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Partlayışın ilk ehtimalının qaz sızmasından olduğu deyilir.