Masallıda baş verən partlayış ölümlə nəticələnib

Partlayış l

Qaynaq işləri apararkən ehtiyatsızlıqdan oksigen balonu partlayıb
Martın 23-də səhər saat 15.50 radələrində Masallı rayonun Mahmudavar kəndində güclü partlayış qeydə alınıb.

APA-nın məlumatına görə, 1964-cü il təvəllüdlü Gülağa Abdullayev qaynaq işləri apararkən ehtiyatsızlıqdan oksigen balonu partlayıb.

Güclü partlayış nəticəsində qaynaqçı ölüb.

Partlayış baş verən vaxt yaxınlıqdan keçən kənd sakinləri, 1997-ci il təvəllüdlü İman Füqar Əliyev və 1997-ci il təvəllüdlü Famil Sadıqov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Lənkəran Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilən hər iki yeniyetmə 11-ci sinif şagirdidir.