Vətəndaşlar parlamentin işini birbaşa müşahidə etmək imkanına malik deyil, qanunyaratma prosesinə təsir etmək imkanlarından məhrumdurlar, - ictimai debatda qeyd edilib
Azərbaycan parlamenti beynəlxalq şəffaflıq standartlarına uyğun deyil. Ölkə vətəndaşları parlamentin işini birbaşa müşahidə etmək imkanlarına malik deyil, onların nümayəndələrinin necə səs verməsindən məlumatlı deyillər, qanunyaratma prosesinə təsir etmək imkanlarından məhrumdurlar. “Parlament – vətəndaş münasibətləri: milli və xarici təcrübə” mövzusunda ictimai debatların leytmotivi belə olub.
Dinləmələr dövlət qərarlarının qəbulunda vətəndaş iştirakının artırılması layihəsi çərçivəsində Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi (SMDTM) və Demokratik Jurnalistika Məktəbi (DJM) tərəfindən təşkil olunub.
SMDTM-in icraçı direktoru Bəşir Süleymanlı bildirib ki, layihə çərçivəsində ölkənin 10 regionunda vətəndaş forumları keçirilib. Məqsəd əhalinin dövlət orqanlarının hesabatlılığının təminatı üzrə hüquqlar barədə məlumatlandırılmasıdır.
Hüquqşünas Eldar Qocayev diqqəti parlamentin şəffaflığının hüquqi əsaslarına yönəldib. O, parlamentin “xüsusi rejimi”nin spiker tərəfindən müəyyən edilməsi ilə bağlı qanunverici normanı tənqid edib. Beynəlxalq normaya əsaslanaraq vətəndaşların parlamentin binasına açıq giriş imkanlarının olmasının vacibliyini qeyd edib.
E.Qocayevin sözlərinə görə, vətəndaşlar parlamentdə baş verənlərdən xəbərdar olmalıdır və bundan ötrü iclaslar televiziya ilə tam yayımlanmalıdır. Bu məqsədlə xüsusi İnternet-televiziya yaratmaq olar.
Bundan əlavə, parlamentdə deputatlar üçün konsultativ yardımı təmin edən xüsusi institutun yaradılmasına ehtiyac var.
Keçmiş deputat Nazim Məmmədov çatışmazlıqlar sırasında alternativ spiker seçkisinin olmamasını və yardımçı komitələrin yaradılmasını göstərib.
SMDTM-nin rəhbəri Anar Məmmədli ötən ilin mayında parlament açıqlığı barədə beynəlxalq bəyannamənin qəbul olunduğunu qeyd edib. Buna aparıcı beynəlxalq QHT-lər təşəbbüs göstəriblər. Bəyannamə parlament informasiyasının ictimaiyyətə açılmasına çağırır.
Parlamentin monitorinqi üçün şərait yaradılmalıdır, parlament üzvləri və aparat əməkdaşları, parlamentin gündəliyi, səsvermənin nəticələri haqda və s. informasiyaya çatımlılıq təmin olunmalıdır.
Avropa Mübadilə Mərkəzindən Ştefani Şiffer parlament şəffaflığı ilə bağlı beynəlxalq praktikaya dair konkret nümunələrdən danışıb.