Milli Məclis bu gün qanuna dəyişiklik edib. Parlamentin qərarı müxalifət qüvvələrinin və hüquq müdafiəçilərinin kəskin tənqidinə səbəb olub
Milli Məclis “Sərbəst toplaşmaq azadlığı haqqında” qanuna, habelə İnzibati Xətalar Məcəlləsinə və Cinayət Məcəlləsinə düzəlişləri 105 səs “lehinə”, 5 səs “əleyhinə”, bir nəfər “bitərəf” olmaqla qəbul edilib.
Yeniliklər mitinq keçirilməsi qaydalarının pozulmasına görə məsuliyyət tədbirlərini sərtləşdirir.
Belə ki, İnzibati Xətalar Məcəlləsinin 298-ci maddəsinə edilən düzəlişlərə əsasən, fiziki şəxslər icazəsiz aksiyaların təşkilinə görə 1500 manatdan 3000 manata qədər, 200-240 saat islah işləri ilə cəzalandırılacaq və ya 15 günədək inzibati həbs cəzasına məhkum ediləcək.
Vəzifəli şəxslər 3-6 min manat, hüquqi şəxslər 15-30 min manat cəzalandırılacaq.
İcazəsiz aksiyalarda iştirak 500 manatdan 1000 manata qədər cərimə və ya 160-200 saat islah işləri, yaxud 15 günədək həbslə cəzalandırılacaq.
Cinayət Məcəlləsinə edilən düzəlişlərə görə, aksiya keçirilməsi qaydalarının pozulması 5 min manatdan 8 min manata qədər cərimə və ya 2 il ərzində islah işləri, yaxud da 2 ilədək azadlıqdan məhrumetmə ilə cəzalandırıla bilər. (İndiyədək aksiya keçirilməsi qaydalarının pozulmasına görə cərimələr 100-500 manat təşkil edirdi).
İctimai asayişin pozulmasına səbəb olan hərəkətlərin təşkilinə və ya onlarda iştiraka görə 5000 manatdan 8000 manata qədər cərimə müəyyən edilib. (Əvvəllər bu əməllərə görə cərimə 500 manat təşkil edirdi). Eyni əməllərə görə maksimum cəza tədbirləri isə 3 ilədək azadlıqdan məhrumetməyə qədər sərtləşdirilir.
Qanunsuz aksiya iştirakçıları odlu və ya soyuq silahdan, partlayıcı maddələrdən və insanların həyat və sağlamlığı üçün təhlükəli olan digər vasitələrdən istifadə etsələr, 5000 manatdan 8000 manatadək cərimə və ya 3 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.
Müzakirələr zamanı bəzi deputatlar düzəlişləri tənqidə məruz qoyub.
Böyük Quruluş Partiyasının sədri, deputat Fazil Mustafa deyib ki, düzəlişlərə ehtiyac yoxdur, onların qəbulu beynəlxalq təşkilatların Azərbaycanı tənqid etməsi üçün əsas verəcək.
Ümid Partiyasının sədri, deputat İqbal Ağazadə əlavə edib ki, bu tənqid ədalətli olacaq, çünki Avropa Şurasına üzv olan ölkədə yığıncaqlar keçirilməsinə görə bu qədər sərt tədbirlər ola bilməz.
“Rusiyanı təqlid edirsiniz, amma o, heç vaxt demokratik ölkə olmayıb və olmayacaq, əsl demokratik ölkələrdən nümunə götürün”, deyə Ağazadə bildirib.
Dəyişiklikləri irticaçı adlandıran Ağazadə bu tədbirlərin həmişə seçkilər ərəfəsində qəbul edildiyinə diqqət çəkib. Belə yüksək cərimələr müəyyən edərkən vətəndaşların gəlirlərini də nəzərə almaq lazımdır, deyə Ağazadə əlavə edib.
Hakim Yeni Azərbaycan Partiyasından olan deputat Siyavuş Novruzov iştirakçılara xatırladıb ki, söhbət icazəsiz aksiyaların təşkilinə və onlarda iştiraka görə cərimələrdən gedir. O, bu sanksiyaların qəbulu zərurətinə tamamilə bəraət verib.
Vətəndaş Həmrəyliyi Partiyasının sədri, deputat Sabir Rüstəmxanlı hesab edir ki, “xalqın fikrini nəzərə almadan bu qədər yüksək cərimələr müəyyən etmək olmaz”.
“Xalqın küçələrə çıxıb danışmağına imkan vermiriksə, xalq öz fikrini harada ifadə etməlidir?”, deyə Rüstəmxanlı qeyd edib.
Onun fikrincə, ölkədə toplaşmaq azadlığı hüququ təmin edilməyib. Bundan başqa, parlamentdə deputatların fikirləri nəzərə alınmır.
“Onda bu çıxışlar, ümumiyyətlə parlamentin fəaliyyəti nəyə lazımdır?”, deyə o sual edib.
Lakin spiker Əsədov Rüstəmxanlının alovlu çıxışına kifayət qədər kəskin reaksiya verərək, Ümumi Şöbəyə müraciət etməyi və “parlamentin nə ilə məşğul olduğunu və hansı işləri gördüyünü” öyrənməyi məsləhət görüb.
Hakim Yeni Azərbaycan Partiyasından deputat Mübariz Qurbanlı spikeri tamamilə dəstəkləyib. Onun sözlərinə görə, beynəlxalq təşkilatlardan qorxmaq lazım deyil, “onlar istədiklərini danışa bilərlər, amma biz öz işimizi görəcəyik”.
Xatırladaq ki, parlamentin qərarı müxalifət partiyalarının və hüquq müdafiəçilərinin kəskin tənqidinə səbəb olub. Müxalifət qüvvələrinin cəmləşdiyi İctimai Palata parlamentin qarşısında etiraz aksiyası keçirməyə cəhd edib.