Park Bulvarda yanğın olub

Park Bulvar Ticarət Mərkəzi

Yanğının səbəbləri araşdırılır. Xəsarət alan olmayıb
Bakın Səbail rayonu ərazisində yerləşən “Park Bulvar” Ticarət Mərkəzində yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətindən ANS PRESS agentliyinə verilən məlumata görə, yanğın “Park Bulvar”ın damında baş verib.

Çağırışa əsasən hadisə yerinə 2 yanğınsöndürən maşın yollanıb. Yanğın nəticəsində xəsarət alan olmayıb. Ticarət mərkəzinə ciddi zərər dəyməyib.