Azərbaycanda Parisdəki terror qurbanları anılır

Bakıda Parisdəki terror qurbanları anılır

Azərbaycanda Fransada terror nəticəsində həlak olanların xatirəsi yad edilir.

Bu gün çoxsaylı Bakı sakinləri Fransanın Azərbaycandakı səfirliyinin qarşısına gələrək 13 noyabr terrorunun qurbanlarının xatirəsini anıb, səfirliyin qarşısına gül dəstələri qoyub, şamlar yandırıb.

Fransanın Azərbaycandakı səfiri Aurelia Buşez terror aktı ilə əlaqədar Fransanın Azərbaycandakı səfirliyi qarşısında çıxış edib.

Səfir bildirib ki, olayla bağlı ölkədə 3 günlük matəm elan olunub və Azərbaycan prezidenti İlham Əliyev fransalı həmkarı Fransua Ollanda məktub göndərərək, başsağlığı verib.

Aurelia Buşez həmçinin Fransanın dərdinə şərik çıxan və səfirlik qarşısında güllər gətirən Azərbaycan xalqına təşəkkürünü bildirib.