İyulun 5-də Əlcəzair Fransadan müstəqilliyinin 50-ci ildönümü qeyd edir. Parisdə açılan iki sərgi tərəflərin öz keçmişlərinə fərqli baxışlarını əks etdirir.
Əlcəzairin Fransadan müstəqillik müharibəsi Aralıq Dənizinin hər iki sahilində çox nəql edilib – filmlərdə, tarix kitablarında.
İndi Parisdəki Fransa Ordu Muzeyi Fransanın 132 il sürən kolonial idarəçiliyini bir daha nəql edir.
Sərgi kuratoru Leytenant-Polkovnik Kristof Bertrand deyir ki, bu keçmiş əksər fransızların beyninə həkk olunub.
“Hətta üstündən 50 il keçsə də... Hərçənd ki, hər şey tədricən sakitləşir və tarixə nisbətən azalmış ağrı ilə nəzər salırıq.”
Fransanın Əlcəzairi işğalı bir sıra bucaqlardan təhlil edilir. Hər şey 1830-cu ildə başlayır.
“İlk öncə biz Əlcəzair şəhərində məskən salırıq. Burada Osmanlıların mövcudluğuna son qoyuruq.”
Az sonra müqavimət hərəkatı alovlanır – müasir Əlcəzairin banisi Əbdül Qadirin rəhbərliyi altında.
On illər boyu pied noirs (qara ayaqlılar) kimi tanınan fransız mühacirlər bu şimali Afrika ölkəsində özlərinə yuva qurdular. Əlcəzairlilər fransızlarla çiyin-çiyinə iki dünya müharibəsində vuruşdular. Lakin müqavimətin toxumları qalırdı.
“1945-ci il mayın 8-də yeni zorakılıq dalğası baş qaldırır, 1954-cü ildə isə müstəqillik müharibəsi başlanır.”
Səkkiz il sonra 1962-ci ildə Əlcəzair nəhayət müstəqilliyini elan etdi.
Əlli il keçmiş Fransada bu ildönümü əlcəzairli rəssam Mustafa Butəcinin sərgisi ilə qeyd olunur.
“Bu, inqilabçı qadınların - işgəncəyə, zorlanmaya və qətllərə məruz qalmış qadınların portretlər seriyasıdır. Mən ildönümü belə anıram – onların ruhlarına hörmət etməklə.”
Butəcin müstəqillik müharibəsi zamanı uşaq idi.
“Mənim valideynlərimə işgəncə verilib. Onlar başqa əlcəzairlilər kimi inqilabı yaşamışdılar. Mən bunu heç zaman unutmayacağam. Amma fransızlara nifrət bəsləmirəm.”
Bu iki milləti hələ də tellər bağlayır. Pieds noirslarla bərabər buraya milyonlarla əlcəzairli gəlib. 2003-cü ildə sabiq Fransa prezidenti Jak Şirak müstəqillikdən bəri Əlcəzairə səfər edən ilk fransız lider idi.
Ordu Muzeyinə baş çəkən əlcəzairli Nurəddin Kadra deyir ki, millətlər arasında münasibətlər daha yaxşı ola bilər.
“Prinsipcə problem olmamalıdır. Amma hər iki tərəfdə aranı qarışdıranlar var. Barışdırıcı siyasətə ehtiyac var.”
Kurator Bertrand hesab edir ki, tarixçilər bu məsələdə yardım edə bilərlər. Vaxt keçdikcə o, inanır ki, Fransa və Əlcəzair umu-küsülərini arxada qoyub gələcəyə birgə baxa biləcəklər.
Your browser doesn’t support HTML5