Parisin Luvr muzeyi hücumdan 24 saat sonra ictimaiyyətə yenidən açılıb.
Cümə günü muzeyi yaxınlığında patrul xidməti üzvlərinə "Allahu-Əkbər" deyərək bıçaqla hücum edən şəxs güllələnib.
Əsgərlərin 5 dəfə atəş açması ilə nəticələnən hadisə terror aksiyasına cəhd kimi qiymətləndirilir. Ticarət mərkəzinin qarşısında yaşanan bu səhnəni rəsmilər ölkənin təhlükə altında olduğuna daha bir işarə adlandırıb. Fransa 2015-2016-cı illərdə dəfələrlə ekstremist hücumlarına məruz qalıb.
ABŞ prezidenti Donald Twitter hesabında yazıb ki, Parisin Luvr muzeyi radikal islamçı terroruna məruz qalıb. Turistlər muzeydə gizlənməli olub. "Fransa yenə də əsəb keçirir. ABŞ, AĞILLI OL," o yazıb.
Hücumçunun kimliyi açıqlanmayıb.
Lakin Misirin Daxili İşlər Nazirliyi onun Misirdə doğulan 28 yaşlı Abdulla Reza Refai Əl-Həmahmi olduğuna dair The Associated Press-in məlumatını təsdiq edib.
Əl-Həmahminin atası Dubayın Əl-Hədət kanalına müsahibəsi zamanı deyib ki, oğlunun bu əməli onu şoka salıb.
Fransa rəsmilərinin bildirdiyinə görə, o, mədə nahiyəsindən yaralanıb. Polis idarəsinin rəisi Mişel Kado bildirib ki, hücumçunun huşu üstündədir. Əsgərlərdən biri yüngül xəsarət alıb.
Yoxlanışlar zamanı onun çantalarından heç bir partlayıcı qurğu aşkar edilməyib.
Özünü şübhəli aparan ikinci şəxs nəzarət altına alınıb.