Fransa polisi Parisdə etirazçılara qarşı gözyaşardıcı qazdan istifadə edib.
Bu barədə Reuters məlumat verir.
Məlumatlara görə, Yeliseyə yaxın rayonlarda 130-dan çox etirazçı saxlanılıb. Etirazçılarla polis arasında qarşıdurmalar olduğu, bəzi yerlərdə o qədər də böyük olmayan barikadaların qurulduğu və yandırıldığı barədə məlumatlar da var.
Etirazlər ərəfəsində 7500 polisin mühafizəyə cəlb olunduğu bildirilir.
"Sarı jilietlilər" lə yanaşı Parisdə "Qara blok " anarxistlər hərəkatı ətraf mühitin mühafizəsi və bundan başqa pensiya islahatlarının əleyhdarlarına qarşı aksiya keçirənlər də var.
"Sarı jiletlilərin" təşkil etdiyi çoxminllik aksiyalar 2018-ci ilin noyabrın ortalarında başlayıb. Belə bir aksiya ölkə səlahiyyətlilərinin avtomobil yanacağının bahalaşmasına səbəb ola biləcək vergi tətbiq etmək niyyəti səbəbindən vüsət alıb. Etirazçıların əsas tələblərindən biri minimum əmək haqqının artırılması idi.
Hökumət yanacaq vergisinin artırılmasına moratoriumu təsdiqlədikdən sonra etirazçılar ümumiyyətlə hökumətin və prezident Emmanuel Makronın islahatlarına etirazlarını bildirdir.
Bir müddət sonra Makron minimum əmək haqqını 100 avro artıracağına, iş vaxtı vergiləri ləğv edəcəyinə və yoxsulların vəziyyətinin yüngülləşdirilməsi üçün bir sıra tədbirlər görəcəyinə söz verib. Bu vədlərdən sonra iştirakçıların sayı xeyli azalsa da, etirazlar dayandırılmayıb.