Hindistanın reabilitasiya mərkəzlərində əlillərə yaşamaq üçün ikinci şans verilir [Video]

Your browser doesn’t support HTML5

Reabilitasiya mərkəzləri ağır yaralanan əsgərlərə yaşamaq üçün ikinci şans verir. Paraplegiya və quadriplegiya mərkəzləri əlillərin bir də özlərinə güvənmələrinə yardım edir.

Hindistanın bu reabilitasiya mərkəzində oyunlar vaxtıdır. Sabiq hərbiçi Valsalan Nadar: “Biz burada müntəzəm olaraq vaxt keçiririk. Biz birlikdə yüngül işlər görürük. Biz belə baxt keçiririk.”

Bu insanlar buraya yalnız məşqlər üçün gəlmir. Buradakı əlillərin hamısı sabiq hərbiçilərdir. General-leytenant Bharqava: “Burada 91 əsgər var, onlardan 40-nin əlləri və ayaları demək olar ki, yoxdur, 51-nin isə yalnız iki ayağı və ya əli işləyir.”

1974-cü ildə Poni şəhərində açılan “Paraplecik Reabilitasiya Mərkəzi”nin məqsədi sabiq əlil əsgərlərə özlərini idarə etmələrinə yardım etməkdir.

Oyunlardan və müxtəlif sənət işlərindən əlavə bu sabiq əsgərlərin burada bacarıqlarını inkişaf etdirmək imkanı var.

Ticarət mərkəzlərində məsələn, maqnit masalar metalları saxlamaqla, sakinlərə işlərini görməyə şərait yaradır. “Biz burada özümüzü xoşbəxt hiss edirik, çünki burada olarkən biz özümüzü xəstə və ya əlil kimi hiss etmirik” deyə, Valsalan Nadar bildirir.

Bu insanlar burada birgə işləyir, oyunlar oynayır və həyatlarını icmalarda olduğu kimi yaşayırlar. Beləliklə, ölkələri üçün fədakarlıq edən insalara yaşamaq üçün ikinci şans verilib.