Kubaya üçgünlük səfərini başa vuran Roma Papası XVI Benedikt bu gün Havananı tərk edib.
Kubanı tərk etməzdən öncə papa ABŞ-ın 50 ildir ki, Kubaya tətbiq etdiyi embarqonu pisləyib. O, bu ölçünün Kuba xalqı üzərinə ağır yük qoyduğunu bildirib.
Günün əvvəlində Papa Benedikt sabiq Kuba lideri Fidel Kastro ilə görüşüb.
O, habelə Havananın İnqilab Meydanında təşkil olunan messaya rəhbərlik edib. On minlərlə kubalının toplaşdığı meydanda çıxşında Papa Benedikt ölkədə siyasi azadıqlara səsləyib.