Papa Fransis İraqın ali ruhanisi ilə görüş keçirib

Papa Fransis şənbə günü səhər şiələrin müqəddəs şəhəri Nəcəfə ziyarəti zamanı İraqın ali şiə ruhanisi Baş Ayətullah Əli Əl-Sistani ilə görüş keçirib. Hər iki lideri görüşdən sonra bəyanat yayaraq İraqın müxtəlif dini qruplarını dinc şəkildə birlikdə yaşamağa çağırıblar.

Sosial mediada paylaşılan həvəskar videoda İraqın cənubunda bir qrup uşağın şənbə günü öləkinin şiə dini rəhbəri ilə görüşmək üçün Nəcəfə doğru gedən Papa Fransizi salamladıqları göstərilib. Bundan əlavə bir çox şəhər və kəndlərdə reklam lövhələri üzərində Papanı salamlayan mesajlar yazılıb.

Bağdaddan Nəcəfə helikopterlə gedən Papa Fransis Əl-Sistanini kompleksinə çatmaq üçün yaxın müşavirlərinin müşayiəti altında gəzərək Nəcəfin dar küçələrindən keçib. Papanın Əl-Sisteni ilə bir saata yaxın keçirdiyi görüşündə onu Xaldey Patriarxı Kardinal Luis Rafael Sako müşaiyət edib.

Videoda nə Papanın nə də Əl-Sistaninin səsləri eşidilməsə də, onların ofisləri görüşdən sonra bəyanat yayaraq “iraqlılar arasında birliyə və dinc birgəyaşayış”a çağırıb.

Ərəb mediası Papa Fransislə Əl-Sistani arasında görüşün təşkilinin “illərə ay vaxt apardığını” bildirib, çünki şiə ruhani çox nadir hallarda ölkəni ziyart edən dini və ya siyasi xadimlərlə görüşür. Lakin Kardinal Sakonun Əl-Sistani və onun müşavirləri ilə yaxın əlaqələrinin olduğu deyilir və o hər iki kişinin sülh və birlik mesajını verməsini istəyib.

İraq üzrə təhlilçi Həsən Mustadaə ərəb mətbuatına bildirib ki, hər iki dini lider son illərdə baş verən şiddətli münaqişələrdən sonra barışığa aparan “yol xəritəsi”ni izləyirlər.

O deyib ki, həm papa həm ayətullah zorakılıq və qətlləri pisləyirlər və hər iki insanlığın sülh, təhlükəsizlik və inam içində yaşamaqlarını istəyir. Onun sözlərinə görə, hər ikisinin bəyanatı yol xəritəsinə bənzəyir. Belə ki, Əl-Sistani zorakılığı, təqbiləri və dini zülmü pisləyib və seçmək azadlığını təbliğ edib.

Əl-Sistani dini rəhbərlərin İraqın kiçik xristian icmasının qorunmasında rol oynamalı, sülh içində yaşaya bilməli və bütün digər iraqlılarla bərabər hüquqlara malik olmalı olduqlarını təsdiqləyib.

Papa Əl-Sistani ilə görüşdən sonra İbrahim Peyğəmbərin doğum yeri olduğu güman edilən Urun dağıntılarını ziyarət edib. İranın müxtəlif dini qruplarının üzvləri papanın çıxışını dinləmədn öncə dinləarası görüş keçiriblər.