Papa Fransisin Cənubi Amerika səfəri davam edir

Papa Fransis Boliviyada

"Axırda gələnləri, atılmışları, təcrid olunmuşları ağuşumuza almalıyıq."

Papa Fransis Cənubi Amerika səfərinin hissəsi olaraq Boliviyaya gəlib. Orada Papa prezident Evo Morales tərəfindən qarşılanıb

Papa paytaxt La Pazda yerləşən hava limanında toplaşan minlərlə insana Boliviyanın artıq cəmiyyətin hər kəsimindən insanları qəbul etdiyini deyib.

Cənab Morales bildrib ki, papanın ziyarəti onun ölkəsi və Kilsə arasında dönüş nöqtəsini qeyd edir. O, dəfələrlə Kilsəni Bolviyadanın yerli və yoxsul əhalisinin bədbəxtliyinə səbəb olmaqda günahlandırıb.

Cənab Morales hakimiyyətə gələndən sonra Boliviya Katolik Kilsəsi və hökümət arasında gərginləşən münasibətlər 2013-cü ildə argentina əsilli rahibin papa seçilməsindən sonra istiləşməyə başlayıb.

La Pazda dörd saat qaldıqdan sonra Papa Fransis Santa Kruza səfər edib və Boliviyada səfərinin sonunadək Santa Kruzda qalacaq.