Roma Papası XVI Benediktin xidmətçisinin məhkəməsi başlanıb. Vatikanda üç hakimdən ibarət məhkəmə paneli dinləmələrə şənbə günü start verib.
46 yaşlı üç uşaq atası Paolo Qabriel oğurluq ittihamları üzrə dörd illik həbs cəzası ilə üzləşir. Bu hal dünyanın ən kiçik ölkəsinin tarixində misli görünməmiş bir olaydır.
Müttəhim Papanın şəxsi sənədlərini oğurladığını və onları kilsədə korruspiyaya dair kitab yazan jurnalistə ötürdüyünü etiraf edib.
Qabriel kilsədəki “şər və korrupsiyadan” iyrəndiyini bildirib. O, Papaya məktub yazaraq ondan bağışlanmasını diləyib.
Əksər Vatikan müşahidəçiləri güman edirlər ki, əgər məhkum olunarsa Papa Benedikt Qabrieli əvf edəcək.