Leon Panetta: Hələbə qarşı hücumlar Bəşar Əl-Əsədin sonunun çatdığına işarədir

ABŞ-ın müdafiə naziri Leon Panetta Suriya qüvvələrinin Hələb şəhərinə qarşı hücumunu Bəşar Əl-Əsədin sonunun çatdığına işarə olduğunu deyib.

Dünən Tunisdə olarkən o deyib ki, əgər bu kimi strateji hücumlar davam etdirilsə, bu, Əsəd rejiminə son qoyacaq.

ABŞ-ın müdafiə naziri Misir, İsrail və İordaniyanı da əhatə edən 5 günlük səfərdədir. Leon Panetta Tunis xalqının inqilabını alqışlayaraq, Suriya qüvvələrindən fərqli olaraq Tunis ordusunun keçid prosesində əhəmiyyətli rolunu yüksək qiymətləndirib.