Bazar günü yüzlərlə araşdırmaçı jurnalistin verdiyi məlumata görə, dünyanın hazırkı və keçmiş liderləri dünyanın hər yerində var-dövlətə və gizli daşınmaz əmlaka sahibdir.
“Pandora Sənədləri” adlandırılan sənədlər beş qitədəki ölkə liderlərinin,əksər hallarda başqa ölkələrdə olan aktivlərini gizlətdiyini göstərib.
Araşdırma dünyanın müxtəlif ölkələrindəki gizli maliyyə aktivlərini əhatə edən “Panama Sənədləri”ndən iki dəfə çox ofşor hesab sahibini ifşa edib.
SEE ALSO: Əliyev ailəsinin Londonda 700 milyon dollarlıq mülkləri (Virtual tur)“Pandora Sənədləri” Rusiya Prezidenti Vladimir Putin, Britaniyanın Baş naziri Toni Bleyr, Çexiyanın Baş naziri Andrey Babiş və İordaniya kralı Abdulla da daxil olmaqla, 35 hazırki və keçmiş ölkə liderinin ofşor sərvətlərini üzə çıxarıb.
Yeni materiallar İsveçrə, Sinqapur, Kipr, Beliz, Britaniya Vircin adaları və başqa yerlərdə fəaliyyət göstərən 14 ayrı maliyyə xidməti şirkətində 29000 ofşor hesabından gəlir. Hesab sahibləri arasında Forbes jurnalının milyarder siyahısında yer alan 130-dan çox şəxsin adı var. Bundan başqa 90-dan çox ölkədə və bölgədə 330-dan çox dövlət məmuru da açıqlanan siyahıda yer alır.
14 mənbədən 12 milyona yaxın sənədin araşdırılmasına Vaşinqtonda yerləşən Beynəlxalq Araşdırmaçı Jurnalistlər Konsorsiumu rəhbərlik edib və layihə üzərində dünyanın müxtəlif ölkələrindən 650 jurnalist çalışıb.
Araşdırmalara kömək edən xəbər agentliklərindən biri olan Washington Post qəzeti sənədlərdə maliyyə sxemlərini və bunların arxasında kimin dayandığını göstərən xüsusi elektron poçtlar, gizli elektron tablolar, gizli müqavilələr və digər qeydlərin olduğunu bildirib.
Dünyanın 14 fərqli şirkətindən alınan 12 milyon fayldan çıxan nəticəyə əsasən, yüzlərlə dünya lideri, nüfuzu siyasətçi, milyarder, tanınmış şəxs, dini lider və narkotik alverçisi son dörddə bir əsr ərzində malikanələrə, çimərlik sahillərində bənzərsiz mülklərə, yaxtalara və digər var-dövlətə sərmayələrini gizlədir.
Beynəlxalq Araşdırmaçı Jurnalistlər Konsorsiumunun bazar günü yaydığı hesabata 117 ölkədəki 150 media qurumundan 600 jurnalist qatılıb.
İfşa olunanlar elitanın və korrupsionerlərin əvvəllər gizlədilən əlaqələrini və trilyonlarla dollar dəyərində aktivləri qorumaq üçün ofşor hesablarından necə istifadə etdiklərini işıqlandırdığına görə "Pandora Sənədləri" adlandırılır.
Gizli hesablardan faydalanan 330-dan çox indiki və keçmiş liderlər arasında İordaniya Kralı II Abdulla, Böyük Britaniyanın keçmiş Baş naziri Toni Bleyr, Çexiya Baş naziri Andrey Babiş, Keniya Prezidenti Uhuru Kenyatta, Ekvador Prezidenti Gilyermo Lasso, Pakistanın Baş naziri İmran Xan və Rusiya Prezidenti Vladimir Putin də var.