İnsan haqları qrupları pandemiyanın ən böyük qurbanlarının uşaqlar ola biləcəyini deyir

Your browser doesn’t support HTML5

Covid-19-un əsasən yaşlı insanlara təsir göstərməsinə baxmayaraq, insan hları qrupları pandemiyanın ən böyük qurbanlarının uşaqlar ola biləcəyini deyir. Londondan Henri Ridcvelin bildirdiyinə görə, ən çox təsirə təhsildən yayınan uşaqlar məruz qalacaq.

Koronavirus pandemiyasının başladığı Çinin Vuhan şəhərindəki məktəblərin boş sinif otaqları dezinfeksiya edilir. Dünya boyu yarım milyard uşağın məktəbdən qaldığı təxmin edilir. Human Rights Watch pandemiyanın gənclərə böyük təsir göstərdiyini deyir.

“Getdikcə daha çox uşaq valideynsiz qalır. Məsələn, Ebola böhranından, Afrikanın Səhraaltı bölgəsindəki QİÇS epidemiyası sonra gördük ki, yetim qalan uşaqlardan seks qaçaqmalçılığında və digər əmək istismarı formalarında daha çox istifadə edilir" - deyə, Human Rights Watch təşkilatından Co Beker bildirir.

Beynəlxalq Əmək Təşkilatının bu yaxınlarda açıqladığı hesabatda pandemiya səbəbindən 200 milyon insanın iş yerlərini itirə biləcəyi ilə bağlı xəbərdarlıq edilib. “Əsasən inkişaf etməkdə olan ölkələrdə valideynlər iş yerlərini itirdikdə ailəyə yardım üçün, ailənin əsas ehtiyaclarının ödənməsi üçün uşaqlar işləməli olur. Belə zasmanlardas erkən və uşaq evliliyinə də meyllər artır, belə ki, qızların evdən çıxması valideynlərin yükünü azaldır.”

Təsirləri ilk öncə hiss edənlər həssas insanlardır. Bu uşaqlar Sineqalın paytaxtı Dakarda küçərlədə qalır. Karantin müddətində isə onların vəziyyəti daha da ağırlaşıb. Seneqalllı Bamba: "Koronavirusdan əvvəl biz insanlardan yemək istəyirdik, lakin xəstəlik başlayandan bəri hamı ehtiyatlı olmağa və təhlükəsizlik tədbirləri görməyə başladı. Bizə daha yemək vermirlər.”

Zəngin ölkələrdə kasıb uşaqlar məktəblərdə paylanan günorta yeməyindən olub. Bu yaxınlarda Nyu-Yorkdakı yerli bir məktəbin həyətində yerli icmanın bütün üzvlərinə yemək paylanıb. Nyu-York məktəbinin şagirdi Raylin Riviyera: "Hazırda işin olmadığını nəzərə alsaq, yemək almaq çətindir. Beləliklə, əlimizdə olanı paylaşmalıyıq."

Təcrid vəziyyətində olan Rusiyadakı fəallar məişət zorakılığında böyük bir sıçrayış olduğunu bildirirlər. Belə hallar dünyanın bir çox ölkəsində baş verir. Co Beker: "Valideynlər sağlamlıqları, maddi vəziyyətləri və işləri ilə bağlı narahatlıqlar keçirdiyi bir vaxt ailələri ilə 7 gün, 24 saat bir yerdə olanda gərginlik də, zorakılıq riski də həqiqətən artır."

Human Rights Watch hökumətləri uşaqları koronavirus siyasətinin mərkəzinə qoymağa, təhsilə çıxış imkanlarını genişləndirməyə və həssas ailələrə iqtisadi yardım göstərmək üçün səyləri artırmağa çağırır.