Dünyanın tarixi muzeylərini gəzən turistlər gördükləri haqda müsbət və ya mənfi hekayələri əsasən təqaüddə olan veteranlardan eşidir. Panama şəhərindəki köhnə məhəllə narkotik maddə alverçilərindən təmizləndikdən sonra, şəhər rəsmiləri keçmiş cinayət qrupları üzvlərinin şəhərin tarixini danışan veteranlara çevrildiyini anladı. Onlar ziyarətçilərə cinayətdən uzaqlaşaraq, qanun çərçivəsində yaşamağa başladıqlarından danışır.
Bəzi divarlarda qanqster qrafitilərinin hələ də qalmasına baxmayaraq, Panama şəhərinin San-Filipe məhəlləsindəki gözəl köhnə binaların çoxu təmir edilib.
San-Filipenin yaxın keçmişindəki zorakılıqları ilə maraqlanan turistlər bu məhəlləyə gəlir. “Bu binada yaşayan hər kəs aşağı düşüb, əlinə keçəni oğurlaya bilərdi, bu, istər kamera, istər telefon, istərsə də çanta olsun” deyə Aleksis Monteneqro bildirir.
Bələdçi Aleksis Monteneqro keçmiş cinayət qrupu üzvüdür. Şəhər rəsmiləri 10 il əvvəl məhəlləni canlandırmağa başlayanda o və cinayət qruplarının bəzi üzvləri keçmiş təcrübələrinin xeyri ola biləcəyini düşünüb.
Hafet Qlissant da bələdçidir. “Bu, kimnsə tində durub, baxın görün nələr etmişəm, nə qədər turisti soymuşam, oğurluq etmişəm deməsi deyil. Bu hlda onlar da oğurluğa məruz qalacaqlarını düşünə bilər. Bu, asan deyil. İndi mən düz yoldayam. Onları məhz bu maraqlandıracaq.”
Amerikanın Herrera meydanındakı Trade mehmanxanası vaxtilə cinayət qruplaşmalarının toplandığı yer idi. Panamanın İctimai Təhlükəsizlik Nazirliyi mehmanxananın yeni sahiblərinin bəzi keçmiş cinayətkarları işə götürdüyündən əmindir. Hose İvan Querrero: “İctimai rəy bəzən səhv olur, çünki cinayət qrupundakı 100 nəfərdən 70-80 faiz gənc həyatını dəyişmək istəyir. Bəzən ictimai rəy qərəzli olur.”
Məhəlləni dəyişmək asan başa gəlmədi. Sakinlərin bəziləri yeni qaydalara uyğunlaşa bildi, digərləri isə köçməli oldu. Lakin buradakı turizm qalanların bəzilərini işlə təmin edir. Bura turistlərin xoşuna gəlir. “Bu insanların nələrdən keçdikləri, cinayətkar qrupların üzvü olmaları, hazırda isə icmada özlərinə yer taparaq, cəmiyyətə faydalı olmalarını bilmək çox maraqlıdır” deyə, turist Hulio Santamariya bildirir.
Panama şəhərinin bu köhnə məhəlləsinə turist axını yaxşı nümunədir. Bu, cinayətkar keçmişi ilə vidalaşaraq, yeni həyata başlamaq istəyən insanlara və cəmiyyətə yardımdır.