Suriya ordusu və müttəfiq qüvvələr Rusiyanın hava hücumlarının müşayiəti ilə Əl-Qaryarain qəsəbəsini son bir neçə gündə tədricən müsirəyə alaraq bu gün İslam Dövləti yaraqlıların qəsəbədən çıxarmağa müvəffəq olub. Bu barədə dövlət mediası məlumat yayıb.
Yüksəkliklərlə əhatə olunan Əl-Qaryatain keçən bazar gübü İŞİD terrorçularından azad edilən tarixi Palmira şəhərindən 100 kilometr qərbdə yerləşir.
Əl-Qaryatain ötən ilin avqustundan bəri İŞİD qruplaşmasının nəzarətində idi. Suriya prezidenti Bəşar Əl-Əsəd Suriyanın çoxsaylı insanın məskunlaşdığı qərb regionunda İŞİD-in hərbi gücünü azaltmaq üçün Əl-Qaryatainə nəzarəti ələ keçirməyə çalışırdı. Suriyanın qərb bölgəsində Dəməşq və digər böyük şəhərlər də yerləşir.
Suriya dövlət televiziyası bildirib ki, ordu və müttəfiq qüvvələr İŞİD terrorçularının qəsəbədə qalan son qruplarını da öldürəndən sonra Əl-Qaryataində təhlükəsizliyi və sabirliyi tam bərpa edib.
Suriya mediası hökumət qüvvələrinin qəsəbəyə bir neçə istiqamətlərdən daxil olduğunu bildirib.