Qəzzada ağır döyüşlər davam etdiyi bir vaxtda, israillilər və fələstinlilər müharibə bitəndən sonra Qəzzada nə baş verəcəyini düşünürlər. İsrail deyir ki, Fələstin Milli İdarəsinin heç bir rolu ola bilməz.
Qəzzada İsraillə HƏMAS arasında döyüşlər getdiyi və tələfatların sayı artmağa davam etdiyi bir vaxtda, beynəlxalq ictimaiyyət getdikcə daha çox atəşkəsə çağırır. Ancaq Qəzzanın və müharibə başlamadan öncə belə əksəriyyəti yoxsulluq içində yaşayan 2.2 milyon insanın nəzarətini kimin ələ keçirəcəyi aydın deyil.
“Mən ABŞ, İsrail, regiondakı ərəb ölkələri və beynəlxalq icma arasında müharibədən sonra Qəzzanın gələcəyi ilə bağlı konsensusun olduğunu düşünmürəm. Qəzzanı kim idarə edəcək?” Əl-Əzhar Universitetindən Mxaimer Əbu Səda deyir.
ABŞ Prezidenti Co Bayden deyib ki, o, müharibə bitəndən sonra Qəzzanın nəzarətini yenidən canladan Fələstin Milli İdarəsinin ələ keçirməsini istəyir. Ancaq rəy sorğularına əsasən, fələstinlilərin 80-90 faizi Fələstin Milli İdarəsi və onun 88 yaşlı lideri Mahmud Abbası bəyənmir. Qurum idarə etdiyi İordan çayının qərb sahilində korrupsiyaya qursanmış və səmərəsiz və Qəzzanı idarə etmək iqtidarında olmayan kimi görünür. Bununla belə, Fələstin Milli İdarəsinin bəzi rəsmiləri deyir ki, onlar HƏMAS-ın onları qanlı çevrilişlə qovmasından 16 il sonra Qəzzaya geri dönməyə hazırdırlar.
“Mən deyirəm ki, Qəzza zolağına qayıtmaq Fələstin Azadlıq Təşkilatının və Fələstin Muxtariyyətinin hüququdur. Mən Mozambikə gedirəm? Mən öz ölkəmə və insanlarıma geri gedəcəm, və hətta o dağılsa belə, bu mənim məsuliyyətimdir, amma bu, regional və beynəlxalq səviyyədə dəstəklənən hərtərəfli siyasi baxış çərçivəsində olmalıdır,” Fələstin Azadlıq Təşkilatının baş katibi Hüseyin Əl-Şeyx deyir.
Fələstinli analitiklər deyir ki, son parlament seçkilərindən 17 il sonra fələstinlilər onları birləşdirə biləcək daha bacarıqlı rəhbərlik seçməlidirlər.
“Beynəlxalq ictimaiyyət səhiyyə, təhsil kimi texnokratik idarəetmə səviyyələrini təmin edə biləcək bir administrasiya axtarır. Ancaq (bu,) fələstinlilərin qanuni liderlər istədiklərinə və ehtiyac duyduqlarına dair anlayışı göz ardı edir. Onlar ya diplomatik səhnədə və yaxud diplomatik səviyyədə onların hüquqlarını müdafiə edəcək rəhbərlik istəyirlər. Və bu, gələcəklə bağlı müzakirələrdə tamamilə çatışmayan bir şeydir,” Beynəlxalq Böhran Qrupundan Tahani Mustafa deyir.
Misir bu yaxınlarda üç-mərhələli sülh təklifi irəli sürüb ki, buna ilk olaraq iki həftəlik atəşkəs və 40 israilli girovun sərbəst buraxılması, daha sonra seçkilər keçirmək üçün fələstinli texnokrat hökumətin qurulması və nəhayət bütün israilli girovların sərbəst buraxılması müqabilində tam atəşkəs, bütün fələstinli məhbsuların azad edilməsi və İsrailin tamamilə Qəzzanın geri çəkilməsi daxildir.
Misirin təklifinə əsasən, HƏMAS qalır, İsrail baş naziri Benyamin Netanyahu isə dəfələrlə bunun qəbuledilməz olduğunu deyib. Bəzi israilli təhlilçilər deyir ki, HƏMAS-ı məhv etmək məqəsi real deyil.
“HƏMAS hər şeydən əvvəl təşkilatdan öncə ideyadır və HƏMAS yox olmayacaq. Müharibə zamanı minlərlə HƏMAS terrorçusu və siyasi liderləri öldürülsə belə, onların Qəzzada və əlbəttə ki, İordan çayının qərb sahili kimi digər arenalarda on minlərlə tərəfdarı olacaq,” Tel-Əviv Universiteti Dayan Mərkəzi Maykl Milştein deyir.
Netanyahu iddia edir ki, nə HƏMAS, nə də Fələstin Milli İdarəsi Qəzzanın gələcəyində rol oynaya bilməz. Ancaq o, ərazinin gələcəyi ilə bağlı plan irəli sürməyib və Qəzzanın necə idarə ediləcəyi və ya əvvəl-axır necə yenidən qurulacağı bəlli deyil.