Lava püskürməyən "palçıq vulkanları” yer səthində toplanan duru məhlullardan və qazlardan əmələ gəlir.
AB. səfriliyinin facebook səhifəsində bildirilir ki, dünyanın heç bir yerində Azərbaycandakı qədər çox palçıq vulkanı yoxdur.
“Hərfi mənada desək, sayı yüzlərlə olan Azərbaycandakı palçıq vulkanları dünyanın digər yerlərindəki bütün vulkanların ümümi sayından daha çoxdur. Qobustanda yerləşən palçıq vulkanları həcminə görə böyük olmasa da, onlar artıq dərəcədə cazibədar görsənir”, səfrilik bildirir.
Palçıq vulkanları ABŞ-da var. Maraqlıdır ki, ABŞ-da da turistlər köpüklü, püskürücü və sızan boz palçıq vulkanlarından zövq ala bilərlər. Şimali Kaliforniyanın Glen Blair şəhəri yaxınlığında yerləşən və iki kiçik nöqtədən ibarət olan soyuq palçıq vulkanı vaxtaşırı yerli dulusçular tərəfindən yığılan xırda-dənəli gil püskürür.