Pakistanın şimalında silahlı şəxs pakistanlı yardım işçilərini daşıyan avtomobilə hücum edərək yeddi nəfəri qətlə yetirib. Pakistanın qeyri-hökumət təşkilatının sözcüsü Məhəmməd Rafiq Amerikanın Səsinə bildirib ki, ölənlərin altı nəfəri qadın olub. Onlardan beşi məktəb müəlliməsi, biri isə səhiyyə işçisi olub. Atışma zamanı başqa bir kişi öldürülüb və sürücü yaralanıb.
Rafiq deyib ki, bugünkü hücum Pakistan paytaxtı İslamabaddan 75 kilometr məsafədə yerləşən Xeybər-Paktunkva vilayətinin Svabi rayonunda baş verib.
Onun sözlərinə görə yardım işçiləri avtomobillə evlərinə gedən zaman silahlı motosikletçi tərəfindən hücuma məruz qalıblar.
Hadisəyə məsuliyyəti dərhal üzərinə götürən olmayıb. Qeyri-hökumət təşkilatının sözcüsü işçilərin əvvəlcədən təhdid edilmədiklərini və belə bir hadisənin ilk dəfə baş verdiyini deyib.
Rafiq səhiyyə işçiləri və müəllimələrin iki layihədə işlədiklərini və xeyriyyəçi layihələrin artıq 20 ildir bu ərazidə fəaliyyət göstərdiyini deyib.