Pakistanın Parlament Komitəsi Birləşmiş Ştatlardan NATO hərbi təyyarəsinin keçən il Əfqanıstanla sərhəddə keçirdiyi əməliyyat zamanı səhvən 24 pakistanlı sərhədçini qətlə yetirdiyinə görə üzr istəməsini tələb edir. Pakistanın parlamentinin hər iki palatası ABŞ və NATO ilə bağlı komitənin tövsiyələrini müzakirə etmək üçün bu gün bir araya gəlib.
Komitənin paneli keçən ilin noyabr ayında baş verən insident üçün heç bir əsas olmadığını və belə bir addımın Pakistanın suverenliyini kobud şəkildə pozduğunu bəyan edib. Vaşinqton isə hadisə ilə bağlı təəssüfünü ifadə etsə də, NATO-nun özünü müdafə etmək hüququna istinad edərək üzr istəməkdən boyun qaçırır.