Pakistanın baş nazirinə qarşı sui-qəsd hazırlamaqda şübhəli bilinən yaraqlılar həbs edilib

Pakistanın baş nazirinə qarşı sui-qəsd hazırlamaqda şübhəli bilinən yaraqlılar həbs edilib

Şübhəli şəxslər başqa yerlərə də hücumlar hazırlayırdılar və Pakistan Talibanı ilə əlaqəli olublar

Pakistan polisi baş nazirə qarşı sui-qəsd hazırlayan yeddi yaraqlını həbs edib. Regional polis rəisi bu gün deyib ki, yaraqlılar hücumu baş nazir Yusif Raza Gilani Pəncab vilayətinin Multan şəhərinə gedərkən həyata keçirməyə hazırlaşırdılar. Polis rəisi təfsilata varmayıb. O, deyib ki, rəsmilər plan haqda yaraqlıları sorğu-sual edəndən sonra xəbərdar olublar. Şübhəli şəxslər başqa yerlərə də hücumlar hazırlayırdılar və Pakistan Talibanı ilə əlaqəli olublar. Yaraqlılar dekabr ayında Multanda Pakistanın kəşfiyyat qərargahına intiharçı hücumunda da təqsirli bilinirlər. İki hücumçunun polis yoxlama məntəqəsinə atəş açması nəticəsində azı 12 nəfər həlak olmuşdu.