Pakistanda komandiri hədəf alan intiharçı hücumu

Pakistanın şimal-qərbində rəsmilər deyir ki, təhlükəsizlik qüvvələrinin komandirinin konvoyunu hədəf alan intiharçı hücumu nəticəsində 10 nəfər həlak olub, 15 nəfər isə yaralanıb. Öləndər ikisi qadındır.

Rəsmilər deyir ki, bu gün Peşəvərdə ABŞ konsulluğunun yaxınlığında baş verən hadisədən yarı-hərbi qüvvələrin rəhbəri Əbdül Məcid Mərvat salamat xilas olub.

Hücumun məsuliyyətini Taliban öz üzərinə götürüb. Pakistan Talibanının sözçüsü Amerikanın Səsinə bildirib ki, partlayış Talibanın ucqar ərazilərdəki bazalarına hücuma cavab olaraq həyata keçirilib.